DÜNYA


Efiopiyada avtobusa hücum edən naməlum şəxslər 30-dan çox sərnişini öldürüb

Bakı, 15 noyabr, AZƏRTAC

Efiopiyanın qərbində naməlum silahlılar avtobusa hücum edərək azı 34 sərnişini öldürüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə France-Press agentliyi Efiopiya İnsan hüquqları komissiyasına istinadla məlumat yayıb. “Əldə olan məlumata əsasən, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər”, - deyə komissiyanın nümayəndəsi bildirib.

Avtobusa ötən gecə Benişanqul/Qumuz ştatında hücum edilib. Sudanla həmsərhəd olan bu ştatın hazırda hərbi əməliyyatlar gedən Tıqray muxtar bölgəsi ilə ümumi sərhədi yoxdur.

Efiopiya Baş nazirinin ofisi bu gün dünya ictimaiyyətinə müraciət edərək Tıqrayın azadlığı xalq cəbhəsinin silahlıları tərəfindən May-Kadra şəhərində dinc sakinlərə qarşı törədilən kütləvi qətlləri qınamağa çağırıb.

May-Kadra şəhəri Tıqray və Amhara ştatlarının sərhədində yerləşir. Onun əsas əhalisi amharlardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.