DÜNYA


Efiopiyada qəzaya uğramış təyyarənin hər iki qara qutusu tapılıb

Bakı, 11 mart, AZƏRTAC

Efiopiyada qəzaya uğramış “Boeing 737 MAX 8” təyyarəsinin hər iki qara qutusu tapılıb.

AZƏRTAC “Ethiopian Airlines” aviakompaniyasının “Twitter” səhifəsinə istinadla xəbər verir ki, qəza yerində fəaliyyət göstərən mütəxəssislər parametrik qeydlər aparan (Flight data recorder) və pilotların danışıqlarını qeydə alan (Cockpit voice recorder) qara qutuları tapıblar. Axtarış əməliyyatı davam edir, yerə çırpılarkən tamamilə parçalanan laynerin fraqmentləri toplanır, cəsədlər tanınması üçün morqa daşınır.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.