DÜNYA


Efiopiyada təyyarə qəzası zamanı 149 sərnişin və səkkiz ekipaj üzvünün hamısı həlak olub

Bakı, 10 mart, AZƏRTAC

Efiopiyada “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində 33 ölkədən 149 sərnişin və səkkiz ekipaj üzvünün hamısı həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, hadisə Keniyanın Nayrobi şəhərinə uçuş zamanı baş verib. İlkin məlumatda təyyarədə 149 sərnişin və səkkiz ekipaj üzvünün olduğu bildirilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.