DÜNYA


Efiopiyada təyyarə qəzasında həlak olan iki rusiyalı “Sberbank lizinq” şirkətinin əməkdaşları idi

Moskva, 11 mart, AZƏRTAC

Efiopiyada qəzaya uğramış sərnişin təyyarəsində həlak olan üç rusiyalıdan ikisi “Sberbank lizinq” şirkətinin əməkdaşı olub.

AZƏRTAC xəbər verir ki, martın 10-da Efiopiyada qəzaya uğramış “Ethiopian Airlines” şirkətinə məxsus təyyarənin iki sərnişini – rusiyalı Yekaterina və Aleksandr Polyakovlar “Sberbank lizinq” şirkətinin əməkdaşları olublar. Bankdan bildiriblər ki, cütlük Afrikaya istirahətə getmişdi.

Qəzada həlak olan digər rusiyalı Sergey Vyalikov Tver şəhərinin sakini olub. O, paraşüt idmanı üzrə təlimçi işləyib və Afrikaya turist səfərinə yollanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.