Efiopiyalı iş adamları Azərbaycan iqtisadiyyatına böyük maraq göstərirlər

Bakı, 4 may, AZƏRTAC
Efiopiyalı iş adamları Azərbaycan iqtisadiyyatına böyük maraq göstərirlər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu fikir Bakıda keçirilən Azərbaycan-Efiopiya işgüzar görüşündə səsləndirilib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlığa dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində təmsil etdiyi qurum tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və efiopiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Efiopiya Federal Demokratik Respublikasının Afrika Qadınlarının İqtisadi Həyatda Mövqelərinin Gücləndirilməsi Mərkəzinin (CAWEE) nümayəndəsi xanım Tseday Oljira Terefe efiopiyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes-forumların əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
AZPROMO-nun təşkilatçılığı ilə baş tutan tədbirdə tekstil sahəsində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib.
Səfər çərçivəsində efiopiyalı iş adamları Azərbaycanın tekstil müəssisələrində olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [21:29]
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
- 25.04.2025 [21:07]
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb
- 25.04.2025 [20:02]
® “Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşıb
- 25.04.2025 [19:46]
AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır
- 25.04.2025 [19:27]
BƏƏ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 25.04.2025 [19:24]