DÜNYA


Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb

İstanbul, 24 may, АZƏRTAC

Egey dənizinin Türkiyəyə aid hissəsində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Çanaqqala şəhərinin Ayvacık rayonunda sahilə yaxın məsafədə saxlanılan şəxslərin Yunanıstanın Midilli adasına getmək istədikləri bildirilir.

Onlar həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.