DÜNYA


Egey dənizində son 12 saat ərzində 131 yeraltı təkan qeydə alınıb

İstanbul, 1 avqust, AZƏRTAC

Egey dənizinin Türkiyənin Muğla vilayətinin Datça rayonu ərazisində son 12 saat ərzində 131 yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Bölgədə daha bir zəlzələ bu gün yerli vaxtla saat 12:14-də 4.4 bal gücündə baş verib. Son 12 saat ərzində eyni bölgədə 131 yeraltı təkan qeydə alınıb ki, onlardan ən güclüsü Türkiyə vaxtı ilə saat 07.31-də 5.5 bal gücündə olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.