CƏMİYYƏT


Ehsan Zahidov: Qadın sərnişinlərin taksi sürücüləri tərəfindən edilən əxlaqsız təkliflərə dair müraciətləri hərtərəfli araşdırılır

Bakı, 4 dekabr, AZƏRTAC

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdiklərinə dair videogörüntülər paylaşılır.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov həmin qadın sərnişinlərin üzləşdikləri belə hallarla bağlı polisə şikayət edib-etməmələrinə dair məsələyə münasibət bildirərkən həmin görüntülərin ictimailəşdirildikdən sonra DİN-in 102 - Zəng Mərkəzinə, polis orqanlarına, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadın vətəndaşlar tərəfindən çoxsaylı şikayət və müraciətlərin daxil olduğunu bildirib. E.Zahidov qeyd edib ki, müraciətlərin hər biri qeydiyyata alınıb və barələrində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.