MƏDƏNİYYƏT


Ehtiram Fərzəlibəyov: Bu cür möhtəşəm festivalın Şuşada keçirilməsini çox arzulayırdım

Şuşa, 8 may, AZƏRTAC

Şuşa şəhərində bu cür möhtəşəm festivalın keçirilməsini çox arzulayırdım. Uzun müddətdir Azərbaycanın mədəniyyət paytaxtına gəlməyi planlaşdırırdıq. İşğaldan azad edilmiş torpaqlarda bu cür beynəlxalq festivalların keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müzəffər Ordumuza minnətdarlığımı bildirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında azərbaycanlı kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edən Ehtiram Fərzəlibəyov deyib.

Şəki-Zaqatala iqtisadi rayonunu təmsil edən kulinar festivalın gözəl təşkil edildiyini bildirib, bu cür festivalların davamlı olmasını arzulayıb.

E.Fərzəliyev Şəki-Zaqatala iqtisadi rayonuna aid milli təamları hazırladığını vurğulayaraq deyib: “Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının son günündə biz Zəfər plovunu qonaqlara təqdim etdik. Xüsusi reseptlə hazırladığımız bu təamı biz işğaldan azad olunmuş torpaqların şərəfinə bişirmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.