CƏMİYYƏT


Ehtiyatda olan polis əməkdaşının 70 illik yubileyi qeyd edilib

Bakı, 21 avqust, AZƏRTAC 

Uzun illər daxili işlər orqanlarında çalışmış ehtiyatda olan polis polkovniki Ağakərim Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 70 illik yubiley tədbiri keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev yubilyarı doğum günü münasibətilə təbrik edib, ona cansağlığı və uğurlar arzulayıb.

Sonra ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

N.Əliyev veteranların daxili işlər orqanlarındakı rolundan, onların gənc nəslə verdiyi töhfələrdən, ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə göstərdikləri xidmətdən danışıb.

DİN-in Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Ramiz Axundov Ağakərim Mirzəyevin keçdiyi həyat yoluna nəzər salaraq, onun daxili işlər orqanlarındakı xidməti və davam etdirdiyi elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, A.Mirzəyev xidmətdə olduğu 37 ildə Dövlət Yol Polisi sistemində müxtəlif vəzifələrdə xidmət edib, Polis Akademiyasında kafedra rəisi kimi uğurlu fəaliyyət göstərib. O, 1984-cü ildə kriminologiya sahəsindən dissertasiya müdafiə edib, elmi ada sahib olub, hazırda Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının dosentidir. A.Mirzəyev qazandığı zəngin təcrübəni elmi nəzəriyyə ilə sintez edərək onu gənc nəslin nümayəndələrinə öyrədir. Əllidən artıq elmi əsərin müəllifi olan Ağakərim Mirzəyev tələbələrin kriminologiya fənnindən dərsliyə ehtiyaclarını nəzərə alaraq, bu il “Sxemlər albomu” dərs vəsaitini çap etdirib.

Sonra A.Mirzəyevin təltif olunduğu Azərbaycan Respublikası Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri fərmanı və digər hədiyyələr yubilyara təqdim olunub.

A.Mirzəyev isə ona göstərilən diqqət və qayğıya, həmçinin tədbirə görə DİN rəhbərliyinə, uzun illər çalışdığı Polis Akademiyasının kollektivinə və Veteranlar Şurasına dərin minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.