CƏMİYYƏT


Ekmeleddin İhsanoğlu: Hamının çoxmədəniyyətlilik məfhumunu qəbul etməsi çox vacibdir

Ekmeleddin İhsanoğlu: Hamının çoxmədəniyyətlilik məfhumunu qəbul etməsi çox vacibdir

Bakı, 15 mart, AZƏRTAC

İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının(İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

“Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu məsələnin qəbul edilməsi çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad qurmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər”, - deyə Ekmeleddin İhsanoğlu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.