CƏMİYYƏT


“Eko-Radar”a daxil olan şikayət əsasında tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalandırılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar bölməsinə Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunub və onun hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Abşeron rayon Məhkəməsinə göndərilib.

“Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib”, - deyə xidmətin rəis müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.