REGİONLAR


“Eko youth” layihəsi çərçivəsində məktəblilər tullantıları sənətə çeviriblər

Gəncə, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində məktəblilər arasında "Eko youth" layihəsi həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə “Yaşıl ASAN” və “ASAN Könüllülər” təşkilati dəstək olub.

Layihənin məqsədi Gəncə şəhərində və Cəbrayıl, Tovuz, Goranboy rayonlarında müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.

Layihə çərçivəsində 3 ay müddətində Gəncə şəhərində və Cəbrayıl, Tovuz , Goranboy rayonlarında yerləşən məktəblərdə ümumilikdə 80 şagirdə (hər regionda 20 nəfər olmaqla) 2 saat müddətində “Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və ictimai vəkillik", "Gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirilib.

Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənib. Layihə müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası keçirilib və yığılan tullantılardan hər bölgədə 20-yə yaxın müxtəlif əl işi hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.