CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri” ötən il 48 min ton neftşlam emal edərək zərərsizləşdirib

Bakı, 11 fevral, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC keçən il 48 min ton neftşlam emal edərək zərərsizləşdirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin kompleks tədqiqatlar laboratoriyası tərəfindən ötən il mədən ərazilərindən götürülmüş 672 axıntı suyu, 57 neftşlam və 22 torpaq nümunələri üzərində 3026 təhlil aparılıb.

QSC 2018-ci ildə 6,78 milyon kubmetrdən çox sənaye-çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan təmizləyib, 48 min ton neftşlam emal edərək zərərsizləşdirilib. Ötən il sifarişçi təşkilatlardan daxil olan 26,1 min kubmetr yağlı su, 80 ton kiloqram yağlı torpaq, 4,2 min kubmetr döşəməaltı-lay axıntı suları, 24,8 min kubmetr mədən axıntı suları mexaniki üsulla emal edilərək zərərsizləşdirib.

“Ekol Mühəndislik Xidmətləri” tərəfindən il ərzində SOCAR-ın ekologiya idarəsinin ərazisindən 4,9 min kubmetr, “Suraxanı Oyl Operatinq Company S.A.” şirkətinin ərazisindən 20,5 min kubmetr mədən axıntı suları, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanması İdarəsinin ərazisindən 3,7 min kubmetr və “BibiHeybətneft” Gəmi Təmiri Zavodunun ərazisindən 366 kubmetr çirkab suları xüsusi nəqliyyat vasitələrlə daşınaraq təmizlənməsi üçün QSC-nin tullantıların emalı departamentinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.