İQTİSADİYYAT


“Ekol Mühəndislik Xidmətləri”ndə beynəlxalq idarəetmə sistemlərinə əsasən maarifləndirməyə başlanılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq idarəetmə sistemlərinin siyasətinin tələblərinə əsasən maarifləndirmə işlərinə başlanılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri” öz fəaliyyətini qəbul etdiyi İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq idarəetmə standartlarının tələblərinə əsasən qurub və bu istiqamətdə davamlı olaraq öz fəaliyyətini həyata keçirir. Bu tədbirlər çərçivəsində təsdiq olunmuş qrafik və mövzuya uyğun olaraq QSC-nin baş ofisində və sahələrdə “İSO 9001-2015 keyfiyyət idarəetmə sistemi”nin yeni versiyası və “Fəaliyyətə riskyönümlü yanaşma” mövzusunda maarifləndirmə keçirilib.

Tədbirdə “İSO 9001-2015 keyfiyyət idarəetmə sistemi” mövzusu haqqında və keyfiyyət idarəetmə sisteminin yeni versiyasında edilən dəyişikliklər, riskyönümlü yanaşma, müəssisənin konteksti barədə məlumat verilib.

Həmçinin “Fəaliyyətə riskyönümlü yanaşma” mövzusunda, eləcə də yerində risklərin aradan qaldırılması, risklərin qiymətləndirilməsi və qəzalardan necə qorunmaq haqqında geniş maarifləndirmə aparılıb. Hər iki maarifləndirici mövzu haqqında tədbirin sonunda video-çarx nümayiş etdirilib. Maarifləndirmə tədbirləri oktyabrın 23-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.