CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri”ndə fəhlələrin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilikləri yoxlanılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin tullantıların idarə edilməsi mərkəzində çalışan fəhlələrin əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan keçirilib.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-də çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, oktyabr ayının 3-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan keçirilib. İmtahanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarını və təlimatlarını ISO-18001 (OHSAS) standartının tələblərini dərindən mənimsəmək və maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyən etməkdən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.