CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri”ndə işçilərin attestasiyasına başlanılıb

Bakı, 4 dekabr, AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan rəhbər, mütəxəssis və qulluqçuların attestasiyasına başlanılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”ndə çalışan rəhbər, mütəxəssis və qulluqçuların bilik səviyyələrinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduqları vəzifələrə uyğunluğunun aşkara çıxarılması məqsədilə rəhbər, mütəxəssis və qulluqçuların attestasiyasının keçirilməsinə başlanılıb. Attestasiya Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Attestasiya komissiyası üzvlərinin iştirakı ilə keçirilən imtahan bütün rəhbər heyət, şöbə və sahələr əhatə olunmaqla dekabr ayının 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.