CƏMİYYƏT


“Ekol Mühəndislik Xidmətləri”nin çökdürücü gölləri və nefttutucularında təmizləmə işləri aparılır

Bakı, 12 iyul, AZƏRTAC 

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin çökdürücü gölləri və nefttutucularında təmizləmə işləri görülür.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) (9-cu sahəsi) tullantıların emalı departamentinin (TED) 6-cı sahəsinə texnoloji proseslər nəticəsində daxil olan sənaye-çirkab sularını norma həddinə qədər təmizlənməsi və təkrar NEZ-in istifadəsinə verilməsidir. Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Vaxtaşırı olaraq mexaniki təmizləmə qurğularının ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.

İyun ayında mexaniki təmizləmə qurğuları sisteminə daxil olan 1, 2, 3 saylı nefttutucular çöküntülərdən təmizlənərək istismara verilib və digər neftutucularda təmizlənmə işləri davam etdirilir. Bu qurğularda görülən işlər nəticəsində sənaye-çirkab sularının təmizlənmə keyfiyyəti xeyli dərəcədə yaxşılaşıb ki, bu da ətraf mühitə öz müsbət təsirini göstərir.

TED-in 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) fəaliyyət göstərən mexaniki təmizləyici qurğular sisteminə daxil olan çökdürücü göllərdə təmizlənmə işləri aparılır. Hazırda 1-ci çökdürücü göldə yığılan mexaniki qarışıq, neftşlam təmizlənərək emal üçün “Alfa Laval” şirkətinin dekanter qurğusunun qəbul hovuzuna ötürülür və emal edilir. Bu da öz növbəsində NEZ-dən daxil olan sənaye-çirkab sularının təmizlənməsinin keyfiyyətini xeyli yaxşılaşdırıb. Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri digər çökdürücü göllər və nefttutucularda da mütəmadi olaraq yerinə yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.