İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin işçiləri təlimatlandırma kursuna göndərilib
Bakı, 16 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində çalışan işçilər Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimatlandırma kursuna göndərilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, təlimatlandırma kurslarında Tullantı Mərkəzində istehsalat prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə mühəndisləri və yükdaşıyanı iştirak ediblər. Mərkəzdə “İlk tibbi yardım” (sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi) mövzusunda keçirilən təlimlərdə ilk tibbi yardımın göstərilməsinin ümumi prinsipləri, bədbəxt hadisələr və zədələnmələr, dərman preparatlarından, dəm qazından və qida maddələrindən zəhərlənmələr zamanı göstəriləcək ilk tibbi yardımlar haqqında nəzəri biliklər dinləyicilərə çatdırılıb.
Təlimlər 2 gün davam edib.