İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin işçiləri təlimatlandırma kursuna göndəriliblər
Bakı, 10 iyun, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC işçiləri SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağlanmış müqaviləyə əsasən Sumqayıt Təlim-Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kursuna göndəriliblər.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, təlimatlandırma kursunda Tullantı Mərkəzində çalışan 3 mühəndis iştirak edir. Təlim-Tədris Mərkəzində “Təhlükəli yüklərin qəbulu və yola salınması zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normaları və qaydaları” mövzusunda keçirilən təlimlərdə əməyin mühafizəsində fərdi mühafizə vasitələrindən istifadə qaydaları, istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, təhlükəli yüklərin daşınması zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında nəzəri biliklər dinləyicilərə çatdırılır.