İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri”nin işçilərinin bilik səviyyəsinin artırılması məqsədilə imtahan keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində mühəndis-texniki işçilərin və işçi heyətin biliklərinin yoxlanması üzrə imtahana başlanılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Tullantı Mərkəzində çalışan mühəndis-texniki işçilərin və işçi heyətin təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsinin artırılması məqsədilə imtahan keçirilib. İmtahanın keçirilməsində əsas məqsəd mərkəzdə çalışan işçilərin “Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərin yoxlanılması qaydaları haqqında” təlimata uyğun olaraq biliklərinin yoxlanılması və ən başlıcası İSO-18001(OHSAS) beynəlxalq standartının tələblərini dərindən mənimsənilməsindən və maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyən etməkdən ibarətdir.
Müəssisənin baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənlinin sədrliyi və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən imtahan Tullantı Mərkəzinin bütün işçilərinə şamil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]