CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Naziri və müavini vətəndaşlarla görüşəcəklər

Bakı, 17 yanvar, AZƏRTAC 

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev yanvarın 31-də Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 242) keçiriləcək.

Elə həmin gün nazir müavini Firdovsi Əliyev Salyan və Neftçala rayonlarının sakinləri ilə görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli küçəsi, 126) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi, 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-50-73, 050-369-20-77, 050-275-37-75) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.