CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Naziri və müavinləri vətəndaşlarla görüşəcəklər
Bakı, 13 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev iyulun 26-da saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Samux rayonları və Gəncə şəhərinin sakinlərini qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin tarixdə, həmçinin nazir müavinləri Firdovsi Əliyev Gədəbəy, Rauf Hacıyev isə Daşkəsən rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların qəbulu Gədəbəy rayonunda Gədəbəy meşəbəyliyinin inzibati binasında (ünvan: Gədəbəy rayonu, Xəlil Haqverdiyev küçəsi, 40), Daşkəsən rayonunda isə Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı, 4) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Gəncə şəhəri, Zeynalabdin Tağıyev küçəsi, 58) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-25-3-04-48, 050-310-89-90, 050-366-05-04) xahiş olunur.