CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

Bakı, 19 avqust, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 30-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların qəbulu saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri Ş.Axundov küçəsi), Lerik Şəhər Mədəniyyət Evində (ünvan: Lerik şəhəri Arzuman Əsədullayev küçəsi 22), Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Masallı şəhəri, Həzi Aslanov küçəsi 4) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.