CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Dağıntılar haqqında məlumat yoxdur

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 5-də saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov AZƏRTAC-a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

“Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə mütəxəssislərimiz tərəfindən dəqiqləşdirmə aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 kilometr cənub-qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb”, - deyə nazirlik rəsmisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.