CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hövsan qəsəbəsində ağac kəsintisi ilə bağlı şikayəti araşdırır

Bakı, 11 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətti”nə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi, 4 a ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət araşdırılır.

Nazirliyin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, qurumun əməkdaşları hazırda həmin ünvana baxış keçirir. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə ayıq-sayıqlığlarına görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.