REGİONLAR


Ekologiya və Təbii Sərvətlər Nazirliyi cənub bölgəsində reydlərə başlayıb

Masallı, 24 iyul, Bağır Əliyev, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları regionlarda qanunsuz ağac kəsilməsi, daşınması və ağac kömürünün hazırlanmasının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə reydlərdən biri Masallı rayonunun Yolağac kəndi ərazisində təşkil edilib.

Reyd zamanı bəzi kənd sakinlərinin dövlət meşə fondunun hesabına şəxsi həyətlərində ağac kömürü hazırladıqları aşkar olunub.

Masallı rayonunun Yolağac kəndi sıx meşələrlə örtülmüş dağların ətəyində yerləşir. Burada yaşayan sakinlər dövlət meşə fondunun ərazisindən gətirilən ağaclarla həyətlərində xüsusi hazırladıqları quyularda ağac kömürü istehsal edirlər. Yandırılan bu kömür quyularından ətrafa qatı tüstü buraxılır.

Reyd zamanı məlum olub ki, kənd sakinləri dövlət nömrə nişanı olmayan yük avtomobilləri ilə kəsilmiş ağacları oduncaq halına salaraq daşınmasını həyata keçirirlər. Əksər sakinlərin həyətində bu kimi nömrəsiz yük avtomobilləri, həmçinin odun halına salınmış meşə ağacları da aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.