CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri könüllülər qrupuna qoşulmağa çağırır

Bakı, 13 aprel, AZƏRTAC 

Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna qoşulmağa çağırır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək.

Seçilmiş namizədlərdən gələcəkdə nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Müraciət etmək istəyənlər tərcümeyi-halını [email protected] e-poçt ünvanına və ya Bakı şəhəri, B.Ağayev küçəsi,100 A ünvanına təqdim etməlidirlər.

Könüllülər üzrə əlaqələndirici şəxs, Hikmət Ağazadə.

e-mail: [email protected]; mobil telefon: (055) 900 50 52.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.