CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hamını suya qənaət etməyə çağırır

Bakı, 7 mart, AZƏRTAC

Su elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmur. Bu mənada suya qənaət böyükdən-kiçiyə hər kəsin borcu və vəzifəsidir. İçməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir. İlk növbədə, texniki su ilə içməli su ayrılmalıdır. İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi vərdişləri tərgitmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova martın 7-də keçirilən mətbuat konfransında deyib.

“Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq”, - deyə mətbuat katibi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.