CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırır

Bakı, 22 yanvar, AZƏRTAC

Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhali ehtiyatlı olmalıdır.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O, vətəndaşlara müraciət edərək deyib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında dayanmasınlar və avtomobilləri ağacların altında saxlamasınlar. Nazirliyin nümayəndəsi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağının gözlənildiyi üçün sürücülərə son dərəcə diqqətli olmağı tövsiyə edib.

Milli Hidrometeorologiya Departamentinin verdiyi proqnoza görə, ölkə ərazisində yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 23-də güclü cənub-qərb küləyinin əsəcəyi, yanvarın 24-də isə güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.