CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında fikir mübadiləsi aparılıb

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin tərəflər arasında nazirliyin fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.