CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Bakı, 25 aprel, AZƏRTAC

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində aprelin 24-də “Hyatt Regency” mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və beynəlxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.