Ekologiya və Təbii Sərvətlər Nazirliyi maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirliyin Aparatı və tabeli qurumlarında maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.
Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli AZƏRTAC-a bildirib ki, müsabiqədə müvafiq istiqamət üzrə ali təhsili, iş təcrübəsi olan və vəzifəyə uyğunluğu təsdiq edilən şəxslər iştirak edə bilərlər: “Namizədlər CV-sini 2020-ci ilin dekabrın 1-dən 7-dək [email protected] e-mail ünvanına təqdim etməlidirlər. Daha ətraflı məlumat almaq istəyənlər nazirliyin internet səhifəsinin (www.eco.gov.az) elanlar bölməsinə müraciət edə və ya (012) 538-84-89, (012) 539 18 10 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər”.

Xəbərin mətnində orfoqrafik səhv var