CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edir
Bakı, 1 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 1-dən etibarən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə fotomüsabiqəyə start verir.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə martın 1-də keçirilən mətbuat konfransında məlumat verib.
Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər nazirliyin rəsmi facebook və ınstagram səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin müəllifi 22 may Beynəlxalq Biomüxtəliflik Günü ərəfəsində mükafatlandırılacaq.
İştirakçılardan fotoların [email protected], nazirliyin facebook (https://www.facebook.com/eco.gov.az/) və ınstagram (https://www.instagram.com/ecogovaz/) səhifəsinin mesaj bölməsinə göndərmələri xahiş olunur. Əlaqə nömrəsi: 012-492-41-73