CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib

Bakı, 4 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2021-ci ilin 1-ci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında kollegiya iclası keçirilib.

İclasda nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın üçüncü nəşri, nazirliyin fəaliyyət sahələri üzrə monitorinq işlərinin sistemləşdirilməsi, qənaət tədbirləri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən və planlaşdırılan işlər barədə məruzəçilərin hesabatları dinlənilib, fikir mübadiləsi aparılıb və görüləcək işlər müəyyənləşdirilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.