CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti ictimai dinləmə keçiriləcək

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 28-də saat 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə nazirliyin müvafiq qurumlarına təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.