CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat araşdırılıb

Bakı, 8 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazisinin hasara alınması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub. Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.