CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb

Bakı, 28 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən həmin ünvanda monitorinq keçirilib.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.

Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlil edilir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunauyğun tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.