CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə daxil olan məlumat araşdırılıb

Bakı, 12 avqust, AZƏRTAC 

Xaçmaz rayonunun Nabran qəsəbəsinin ərazisində meşəətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə daxil olan və sosial şəbəkədə yayılan videoməlumatı dərhal nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma nəticəsində məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyənləşib. Əraziyə baxış zamanı 500 kvadratmetr sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-in əməkdaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunub. Bələdiyyə sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan "məcburi göstəriş" verilib.

Nazirlik ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirərək ETSN-in işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.