REGİONLAR


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Cəlilabadda ictimai dinləmə keçiriblər

Cəlilabad, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə Cəlilabad rayonunun Ağdaş kəndində ictimai dinləmə keçirilib.

Tədbirdə nazir müavini Vüqar Kərimov, nazirlik yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov, nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev, rayon Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev, ərazi icra nümayəndəliyinin və bələdiyyənin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlli nəfərdən çox rayon sakininin iştirak etdiyi ictimai dinləmədə əsas müzakirə mövzusu qışa hazırlıq məqsədilə rayonun qazlaşdırılmayan ərazilərində əhalinin odun tədarükü ilə bağlı müraciətlərinə baxılması olub.

Müzakirələr zamanı bildirilib ki, nazirlik tərəfindən əhalinin odun tədarükü dekabrın sonuna qədər başa çatdırılacaq.

Cəlilabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı məsələyə münasibət bildirən V.Kərimov, nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə son bir həftədə ərazidə yoxlamaların aparıldığını, meşədə ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlərin əksəriyyətinin təsdiqini tapmadığını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.