CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçiriblər

Bakı, 25 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 çəki balığı, 2 axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.

Qanun pozuntusu cinayət xarakterli olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Daxili İşlər Nazirliyi Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.