CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər qanvermə aksiyasına qoşulublar

Bakı, 14 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə keçirilən qanvermə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər də qoşulub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiyada xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və tibbi müayinədən sonra onlardan qan götürülüb.

Nazirlik qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.