CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edir

Bakı, 23 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun rəsmiləri ikinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşlar “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalları və fəxri fərmanlarla təltif edilib.

Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.