CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində anım mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin bu qurumun foyesində yerləşən büstü önünə çiçəklər qoyub, dahi şəxsiyyətin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, onun müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışıblar.
Bununla yanaşı, nazirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb. Guşədə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunur.