CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri 1486 müəssisədə müayinələr aparıblar

Bakı, 28 yanvar, AZƏRTAC

Ekoloji təhlükəsizliyin təmin edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, atmosfer havasının və su ehtiyatlarının çirklənməsinin, torpaqların deqradasiyasının qarşısının alınması ölkədə aparılan ekoloji siyasətin əsas prioritetlərindəndir. 2020-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanılması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda, həmçinin bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən ötən il 1486 müəssisədə müvafiq müayinələr aparılıb. Nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,8 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 45,8 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 37,9 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 868 nəfər vəzifəli şəxs və vətəndaşlardan 955 min manat məbləğində cərimə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.