CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər naziri “Təmiz əllər” kampaniyasına qoşulub

Bakı, 29 mart, AZƏRTAC 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də həmin kampaniyaya qoşulub.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettidən estafeti qəbul edən Muxtar Babayev hər kəsi koronavirusdan qorunmaq üçün əllərini mütəmadi olaraq su və sabunla yumağa səsləyib: “Hər kəsi ÜST-ün “Təmiz əllər” təşəbbüsünə qoşulmaqla koronavirusla mübarizəyə dəvət edirəm. Estafeti isə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.