CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər
Bakı, 18 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev fevralın 28-də İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar prospekti, 2) keçiriləcək.
Elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Füzuli, Rauf Hacıyev isə Zərdab rayonlarının sakinləri ilə görüşəcəklər.
Vətəndaşların qəbulu saat 10:00-da müvafiq olaraq Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Horadiz şəhəri, Heydər Əliyev Parkı) və Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi, 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-45-47, 055-459-60-00, 050-387-42-26) xahiş olunur.