CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Ağsu rayonunda vətəndaşlarla görüşəcək

Bakı, 11 mart, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev martın 29-da Ağsuda Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan prospekti) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected]  və [email protected]  elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-279-70-00, 055-859-80-90, 020-285-33-57) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.