CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Goranboy rayonunda vətəndaşlarla görüşəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 26-da Goranboy, Ağdaş, Yevlax, Naftalan rayonlarının, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 09:30-da Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected]  və [email protected]  elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Əlavə məlumat üçün (050) 366-05-04, (050) 310-89-90 və (022) 253-04-48 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.