CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Salyan rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 14 fevral, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 22-də Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və ecologiya.[email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi, 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.